ARAF kubokunun ilk mərhələsi.


09 mart 2018-ci il tarixində Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə “ARAF” kuboku turnirinin ilk mərhələsi  keçirilib. E və M* kateqoriyaları üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm olub.

E kateqoriyası üzrə yarışda iştirak edən 20 idmançı arasından 3-cü yeri Azad Şükürov Tibet ləqəbli atla, 2-ci yeri Kənan Əhmədov Bayazit ləqəbli atla qazanmışdır. Hər iki idmançı Atçılıq məktəbi adından iştirak edirdi. 1-ci yerə isə “Omar” klubunun idmançısı Nurlan Rüstəmov Emily Du Barbour ləqəbli atla layiq görülmüşdür.

 

M* kateqoriyası üzrə yarışda 3-cü yerə“Murad” klubunun idmançısı Kərim Abdullayev Clima ləqəbli atla, 2-ci yerə “Gilan” klubunun idmançısı Rahib İsmayılov Xəzər ləqəbli atla,  ilk pilləyə isə  “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla yüksəlmişdir.

 

Qeyd edək ki, ARAF kubokunun ikinci mərhələsi 10 mart 2018-ci il tarixdə saat 11.00-da Binə Atçılıq Mərkəzinin qapalı manejində  keçiriləcək.

Yarışın ümumi mükafat fondu 5000 manatdır.