ARAF Kuboku


09-10  mart 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə ARAF Kuboku turniri keçiriləcək. E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq “ARAF Kuboku” adlı turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edəcək.  Turnir iki gün keçiriləcək. Turnirin ilk günü E və M* kateqoriyaları üzrə təşkil olunacaq. E kateqoriyası üzrə maneələrin hündürüyü 80 sm olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 120 sm olaraq nəzərdə tutulmuşdur.

Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.