6 dekabr tarixində Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyası keçirilib.


6 dekabr tarixində Buenos-Ayresdə Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyası keçirilib. Assambleyada FIP üzv ölkələrinin nümayəndələri ilə yanaşı, Beynəlxalq Çövkən Federasiyasının (ICF) Baş katibi Macey Olbrix xüsusi qonaq qismində iştirak edib.

ICF prezidenti Bəhruz Nəbiyev tədbirə virtual şəkildə qatılaraq qısa, lakin təsirli bir çıxış edib. O, Çövkən və Polonun oxşarlığını vurğulayaraq, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.

Tədbir çərçivəsində Baş katib Olbrix FIP prezidenti Pyerro Dillier və FIP baş direktoru Alejandro Taylor ilə görüşərək, FIP və ICF arasında Dostluq Memorandumunun hazırlanması üzrə müzakirələr aparıb. Bu təşəbbüs hər iki təşkilat arasında artan əməkdaşlığın təzahürüdür.

Xüsusilə, Çövkənin beynəlxalq səhnədə artan nüfuzunu vurğulayan Bakı şəhərində Çövkən üzrə Dünya Çempionatınln təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.

Bu assambleya Polo və Çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm bir addım kimi qiymətləndirilir.