34-cü Qar Polosu üzrə Dünya Kuboku St. Moritz turnirində cəlbedici yeniliklər.


        Polo idmanı keçən ilki Qar Polosu üzrə Dünya Kuboku St. Moritz turnirinin  qonaq ölkəsi Azərbaycanda 3000 il bundan əvvəl yaranmışdır. 2013-cü ildən Sankt Moritzin dəstəyi ilə paytaxt Bakı şəhərində beynəlxalq polo turnirləri keçirilib. Hər iki tərəfin birgə dəstəyi ilə polo idmanı üzrə nailiyyətləri nümayiş etmək üçün  "Bakı Moritz Polo" mükafatı yaradılmışdır.

        "Evviva Polo St. Moritz Ltd" şirkətinin vitse-prezidenti və baş icraçı direktoru Reto Gaudenzi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, FİP-in vitse-prezidenti Piero Dillier, Polo & Luxury jurnalının sahibi, mükafatın təşəbbüskarı Birgit Hügli-Hermann və “Badrutt Palace” Hotelinin icraçı direktoru Yves Gardiol münsif kürsüsündə olacaqlar.

        Mükafat 27 yanvar 2018-ci il şənbə günü Badrutt Palace” Hotelində keçiriləcək "Baku Moritz Polo" Qala gecəsində ilk dəfə olaraq veriləcək.