30 iyun 2018-ci il tarixdə Cıdır yarışı keçiriləcək.


30 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirəcək.

3 qaçışdan ibarət cıdırda 2 yaş İngilis atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 2400 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə handikap sistemi üzrə güclərini sınayacaq.

Cıdır saat 11.00-da başlayacaq.