20 Dekabr 2017-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirin
ən vacib məqamı olan 1/4 final oyunu keçirildi. A qrupuna aid olan ən güclü 4
komanda – Polad, Sərhədçi, Ağstafa və Ağcabədi Çövkən Komandaları öz rəqiblərini
qarşıladılar. Günün ilk oyununda Ağstafa Çövkən komandası Omar Çövkən
komandasıyla, Elit Çövkən komandası
Polad Çövkən komandasıyla mübarizə apardı. Ağstafa komandası Omarı 1-0, Polad
Komandası isə Eliti 7-0 hesabı ilə məğlub etdi.
Günün ikinci oyununda Sərhədçi Çövkən
komandası İsmayıllı Çövkən komandasını, Ağcabədi Çövkən Komandsı isə Gəncə Çövkən
komandasını qarşıladı. Sərhədçi və İsmayıllı arasında gedən mübarizə 5-0 hesabı
ilə Sərhədçilərin xeyrinə başa çatdı, Ağcabədi komandası isə Gəncəliləri 6-0 hesabı
ilə məğlub etdi.
Beləliklə, 23 dekabr 2017-ci il tarixdə
keçiriləcək yarımfinal oyununda final üçün mübarizə aparacaq komandalar müəyyən
olundu. 23 Dekabr tarixdə saat 12:00-da Ağstafa Çövkən Komandası Polad ilə
üz-üzə gələcək. Günü ikinci görüşündə isə Sərhədçi Ağcabədinin Çövkən
Komandasını qəbul edəcək. Hər iki oyun Binə Atçılıq Mərkəzinin qapalı manejində
keçiriləcək.