18
Dekabr 2017-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku
Turnirinin ilk mərhələsi keçirilib. İlk mərhələdə Omar Çövkən Komandası Şəki Çövkən
Komandası və Elit Çövkən Komandası Bərdə Çövkən Komandası ilə üz-üzə gəlib. Turnirin ilk oyunuda Şəkidən olan heyət yeni
yaradılmış Omar komandasının qarşısında aciz qalıb. Hesab qonaqların xeyrinə
2-1 olub. Günün ikinci oyununda isə yeni yaradılan Elit komandası Bərdəliləri
2-0 hesabı ilə məğlub edib.
17 Dekabr
2017-ci il tarixdə Təşkilat Komitəsi tərəfindən atılan püşkə əsasən 19 Dekabr
2017-ci il tarixində daha iki oyun keçiriləcək. Günün ilk oyununda Ağdaş
İsmayıllı ilə, ikinci oyunda isə Gəncə Şəmkir ilə mübarizə aparacaq. Turnirin ən
vacib məqamlarından olan 20 Dekabr 2017-ci il oyunlarında isə 4 oyunun keçirilməsi
nəzərdə tutulub. Əsasnamədə də qeyd olunduğu kimi A qrupuna aid olan ən güclü 4
komanda – Polad, Sərhədçi, Ağstafa və Ağcabədi Çövkən Komandaları məhz həmin
gün 1/4 finalda öz rəqiblərini qarşılayacaqlar. Bu günki oyunların nəticələrinə
əsasən Polad Elit komandası ilə, Omar isə Ağstafa komandası ilə qarşı qarşıya gələcək.
Sabah, yəni 19 Dekabr 2017-ci il tarixdə keçiriləcək 2 oyunun nəticəsinə görə
isə Sərhədçi komandasının rəqibi Ağdaş – İsmayıllı görüşünün qalibi, Ağcabədinin
rəqibi isə Gəncə-Şəmkir görüşünün qalibi olacaqdır. 20 dekabrda keçiriləcək 1/4 final oyunlarından qalib ayrılan 4 komanda Bakı şəhərində yerləşən Binə Atçılıq
Mərkəzinin qapalı manejində yarımfinal və final oyunlarında iştirak üçün yola
düşəcəkdir.