25-26
sentyabr 2020-ci il tarixlərdə
Binə
Atçılıq Mərkəzinin açıq manejində ilin növbəti konkur yarışları keçirilib.
“E”,
“L” və “M**” kateqoriyaları üzrə təşkil olunan “ARAF” kuboku turnirində Azərbaycanın
müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları
iştirak edib.
İlk
yarış 25 sentyabr tarixində saat 12:00-dan etibarən başlamışdır. “E”
kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək
idmançılar yaş məhdudiyyəti
qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək
olan atlarla iştirak ediblər. 12 idmançının 16 atla iştirak etdiyi mübarizədə “Elite
Horse&Polo Klubu”nun
idmançıları, Ramil İbrahimov “Alart S”
ləqəbli atla 1-ci, Məhəmməd İskəndərov “Cera 59” ləqəbli atla 3-cü yerin sahibi
olub. “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançıları Emin Rzayev “Light
Limerick” ləqəbli atla 2-ci, Elman Rzayev “Ak’s Clientus” ləqəbli atla 4-cü
yerin sahibi olub.
Günün
2-ci yarışı saat 14:00-dan etibarən başlayıb. “L” kateqoriyası üzrə hündürlüyü
110-115 sm olan yarışda 14 idmançı 20 atla iştirak edib. Nəticədə “Buta Golden Atçılıq
İdman Klubu”nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla 1-ci yerin
sahibi olub. 2-ci yerdə “Francesco” ləqəbli atla “Omar” Atçılıq Klubunun
idmançısı Kənan Novruzov qərarlaşıb. “Gilan Atçılıq Klubu”nun idmançısı Rahib İsmayılov “Welga” ləqəbli atla 3-cü yerin sahibi olub.
Nəhayət, 26 sentyabr tarixində saat 11:00-dan
etibarən “ARAF” kuboku uğrunda mübarizə baş tutub. “M**” kateqoriyalı 125-130
santimetr hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 7 idmançı 13
atla iştirak edib. “Sərhədçi Atçılıq
İdman Klubu”nun idmançısı Seyid Musayev “Gilas” ləqəbli atla öz rəqiblərinə
qalib gələrək “ARAF” kubokunun sahibi olub. “Elite Horse&Polo Klubu”nun
idmançısı Pənah Əlizadə “Cera 59” ləqəbli atla 2-ci, “Buta Qolden Atçılıq İdman
Klubu”nun idmançısı Eqor Morotskiy isə “Astrello” ləqəbli atla 3-cü yerdə qərarlaşıblar.
Qaliblərə Federasiyanın vitse-prezidenti Bəsirət
Quliyev tərəfindən diplomlar təqdim olunub.