“Sərhədçi kuboku” turniri keçirilib.


24 avqust 2018-ci il tarixdə Sərhədçi Atçılıq İdman Klubunun açıq manejində atçılığın konkur növü üzrə “Sərhədçi kuboku” turniri keçirilmişdir. Yarış E, M* və S* kateqoriyaları üzrə təşkil olunmuşdur. “Sərhədçi Kuboku” uğrunda mübarizədə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak etmişdir.

E kateqoriyası üzrə maneələrin hündürlüyü 80-85 sm olan yarışda 3-cü yeri Omar klubunun idmançısı Nurlan Rüstəmov “Emily Du Barbour” ləqəbli atla, 2-ci yeri Sərhədçi klubunun idmançısı Dünyamalı Qurbanbəyov “Gilas” ləqəbli atla, 1-ci yeri isə Atçılıq məktəbinin idmançısı Səməd Əliverdiyev “A.Clinteus” ləqəbli atla qazanmışdır.

M* kateqoriyası üzrə maneələrin hündürlüyü 120-125 sm olan yarışda 3-cü yerə Sərhədçi klubunun idmançısı Seyid Musayev  “Concorde 57” ləqəbli atla, 2-ci yerə “Elite Horse and Polo Club” un idmançısı Kənan Novruzov “Walonka” ləqəbli atla, ilk pilləyə isə Sərhədçi klubunun idmançısı Seyid Musayev “David” ləqəbli atla yüksəlmişdir.

Günün sonuncu S* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olan final yarışında 3-cü yeri Omar klubunun idmançısı Ələkbər Məmmədov “Francescco” ləqəbli atla, 2-ci yeri Sərhədçi klubunun idmançısı Seyid Musayev “David” ləqəbli atla,  1-ci yeri və “Sərhədçi Kubokunu” isə Buta Golden klubunun idmançısı Yahor Morotski “Astrello” ləqəbli atla qazanmışdır.