Sankt-Moritz şəhərində keçiriləcək Qar Polosu üzrə Dünya Kuboku 2018 turnirinin püşkatma mərasimi keçirildi


Sankt-Moritz şəhərində keçiriləcək Qar Polosu üzrə Dünya Kuboku 2018 turnirinin püşkatma mərasimi 22 dekabr tarixində Zürih şəhərində “Schweizerhof” hotelində keçirilibdir. Mərasim qarşıdan gələn turnirdə cümə və şənbə günü  keçiriləcək oyunları müəyyən etdi.

Belə ki, 26 yanvar 2018-ci il cümə günü ilk oyunda Cartier komandası Badrutt's Palace Hotel komandası ilə, ikinci oyunda isə Azərbaycan Maserati komandası ilə üz-üzə gələcək.

27 yanvar 2018-ci il Şənbə günü isə  ilk oyunda Cartier komandası Maserati ilə, ikinci oyunda isə Azərbaycan  Badrutt's Palace Hotel komandası ilə üz-üzə gələcək.