Qar Polosu üzrə Dünya Kuboku St. Moritz turniri başladı - İlk matç çempionları Cartier və Maserati.


 St. Moritz, 26 yanvar 2018.

Engadin Vadisinin qəlbi olan Sankt-Moritz gölü dünyanın ən qədim, ən böyük və ən elit qar polosu turniri olan Qar Polosu üzrə Dünya Kuboku 2018-in ilk günündə mükəmməl və prinsipial oyun şəraitinə imkan verən 54 sm mükəmməl dərinlikdə donmuşdur. Qonaqlar Cartier adyalları altında mükəmməl hazırlanmış Perrier Jouét-içərək, matçın başlamasını gözləyir. Dünya mətbuatından 200 nəfər turniri işıqlandırmaq üçün toplanmışdır.

Parlaq günəş altında, ilk olaraq Cartier və Badrutt’s Palace oyuna başladı. Bu ayın əvvəlində Kitzbüheldə qələbə qazandıqlarına görə Badrutt’s Palace komandası üçün gözləntilər yüksək idi. Buna baxmayaraq, ilk atışdan qırmızı formalı Cartier komandası oyunda üstünlüyü qorudu, qol vuran maşın hesab olunan Chris 'The Prof' Hyde  iki qol vuraraq öz gücünü ən yaxşı şəkildə ortaya qoydu. Qar polosunun yeni oyunçusu  Juan Cruz Greguoli sağlam performans göstərdi. Müdafiədə bacarıqlı olan Cartier komandası Melissa Ganzi’nin komandasının etdiyi səhvlərdən yararlanaraq, oyunu  öz  xeyirlərinə  çevirdilər. Görünür keçən ilki turnirdə olduğu kimi Alejandro Novillo Astrada qar polosu ayaqlarını tapmağa bir gün həsr edəcək. Heç bir istisna olmadı, çünki davamlı olaraq lövhələrə tərəf itələndi, oyunlarını yerimə sürətinə endirdi, nəticədə Hyde'a qol vurma imkanı  verdi. Badrutt’s Palace komandasının səylərinə baxmayaraq, yaxşı təcrübəli Cartier 5-2 hesabı ilə qalib oldu.

Qonaqlar və oyunçular VIP çadırda yerli xüsusiyyətlərə malik nahar etdilər.

Günün ikinci matçında, Maserati bu ilin yeni iştirakçısı Odlar Yurdu Azərbaycana qarşı mübarizə apardı. Bir az yumşaq başlanğıcdan sonar hər iki komanda öz dişini və dırnağını göstərməyə başladı. Azərbaycan bayraqlarını dalğalandıraraq dəstəkçilərin ayağa qalxmasıyla ağ rəng geyimli oyunçular daha da əzmlə  mübarizə apardılar. Kapitan Elçin Camalli, oyunçular Adrian Laplacette, Andres Lala Laplacette  və Rəşad Həsənov Maserati komandasını barmaqları üzərində saxladı. Oyunun yarısında hesabın 2-1 ½, Maseratinin xeyrinə olmasına baxmayaraq, Azərbaycanın qələbə qazanacağına inanılırdı. Penaltı şansına baxmayaraq, bu mümkün olmadı. Engadin Vadisi boyunca son zəng çaldığında, Maserati 2-1.5 hesabı ilə qələbə qazandı. Sabah Maserati 2017-ci ilin qalibi  Cartier komandası ilə Maserati Kuboku üçün, Odlar Yurdu Azərbaycan Badrutt’s Palace Hotel ilə saat 2.15-də yarışacaq.

Qar Polosu və Evviva Polo St. Moritz Ltd 1985-ci ildə qarda ilk dəfə polo yarışmasını gördü - bu, St. Moritzdə reallaşdı. Qar Polosu Dünya Kuboku o gündən bu günə qədər  yanvar ayının son həftələrinin vazkeçilməzi oldu.

 2014-cü ildə İsveçdəki qar polosunun tanınmış nümayişçiləri Evviva Polo St. Moritz Ltd şirkətini qurdular və Sankt-Moritz şəhərinə uzunmüddətli müqavilə imzaladılar və bu da Qar Polosu  Dünya Kubokunun davamlı olmasını təmin etdi. Direktorlar şurası: Dr. Piero Dillier (prezident), Reto Gaudenzi (vitse-prezident və CEO), Arndt Küchel Dr. Thomas Rinderknecht və Peter A. C. Blum Məsləhət Şurasında; Jürg Reinger İdarəetmə Direktoru.

Turnir, yerli otel və biznes əməkdaşlarının,  mütəxəssislərin, St. Moritz şəhəri və See Infra Ltd. şirkətinin təcrübəli komandası ilə sıx əməkdaşlıqda təşkil edilir.