Azərbaycan
Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 15-24 dekabr 2020-ci il
tarixlərdə Prezident Kuboku uğrunda çövkən milli atüstü oyunu keçiriləcək.
Yarışda ölkənin
müxtəlif regionlarından 8 komanda mübarizə aparacaq. 14 dekabr 2020-ci il
tarixdə keçirilmiş püşkatmanın nəticələrinə əsasən “Omar”, “Sərhədçi”, “Murad”
və “Sərhədçi 2-Dilbaz” çövkən komandaları A qrupunda, “Buta Golden”, “Polad”,
“Köhlən” və “Qarabağ-Ağdam” çövkən komandaları isə B qrupunda yer alıb.
15 dekabr
2020-ci il tarixdə yarışın ilk günündə 4 görüş keçiriləcək. Saat 11:00-dan
etibarən başlayacaq ilk oyunda “Omar” “Murad”la qarşılaşacaq. İkinci görüş saat
12:00-da başlayacaq və “Buta Golden” “Köhlən”lə üz-üzə gələcək. 13:00-da “Sərhədçi”
komandası “Sərhədçi-2 Dilbaz” komandasına qarşı mübarizə aparacaq. Günün son
görüşü isə saat 14:00-dan etibarən “Polad” və “Qarabağ-Ağdam” komandaları
arasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli, 488 nömrəli Qərarına 1 nömrəli
əlavəsinin 12-ci bəndinə əsasən bütün oyunlar tamaşaçıların iştirakı olmadan və
açıq havada – Binə Atçılıq Mərkəzinin açıq manejində keçiriləcəkdir.