22 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən təşkil olunan “Prezident Kuboku” turnirinin yarımfinal mərhələsinin oyunları keçirilib.
Qrup oyunlarının nəticələrinə əsasən yarımfinal mərhələsində “Sərhədçi”
komandası “Buta Qolden” komandası ilə, “Polad”
komandası isə “Sərhədçi 2-Dilbaz” komandası ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən birinci oyunda “Sərhədçi” öz rəqibinə 1-0 qalib gələrək
finala vəsiqə qazanan ilk komanda olub. Oyundakı tək qolu komandanın kapitanı
Elçin Camallı vurub.
Saat 13:00-dan etibarən başlayan ikinci oyunda üstünlüyü ələ alan
“Polad” komandası ilk hissəni rəqibi qarşısında 3-0 hesabı ilə öndə bitirib.
İkinci hissənin əvvəlində “Sərhədçi 2-Dilbaz” komandası meydana çıxmaqdan
imtina etdiyinə görə ona 0-3 hesablı texniki məğlubiyyət elan olunub.
Bununla da, 24 dekabr 2020-ci il tarixdə keçiriləcək final görüşünün iştirakçıları
bəlli olub. Saat 13:00-dan etibarən başlayacaq görüşdə “Sərhədçi” və ”Polad”
komandaları qarşılaşacaqlar.
Üçüncülük oyunu isə 24 dekabr 2020-ci il tarixdə saat 12:00-dan
etibarən “Buta Qolden” və “Sərhədçi 2-Dilbaz” komandaları arasında baş tutacaq.
Xatırladaq ki, oyunlar tamaşaçıların iştirakı olmadan, açıq havada,
karantin qaydalarına uyğun şəkildə keçirilir.