Polo üzrə Avropa çempionatında Azərbaycan millisi 3-cü ardıcıl qələbəsini qazanmışdır


       İtaliyanın Siyene şəhərində davam edən Polo üzrə Avropa Çempionatında bu gün 3-cü turun oyunları keçirilmişdir.

Slovakiya komandası ilə qarşılaşan Azərbaycan milli komandası növbəti uğura imza atmış və qələbə seriyasını davam etdirmişdir.

Milli yığmamız rəqiblərini 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında əsaslı olaraq yer tutmalarını bir daha nümayiş etdirmişlər.

Slovakiya yığmasını məyus edərək milli yığmamızı turnirin finanın astanasına yüksəldən idmançılarımızın arasında Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə faydalı oyun göstərmişlər.

Polo üzrə Avropa Çempionatının 28 sentyabr tarixində baş tutacaq 4-cü turunda milli yığmamız hazırki Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaqdır.