Polo üzrə Avropa Çempionatı komandalarının təqdimat mərasimi keçirilib.


19 sentyabr  2018-ci il tarixdə İtaliyanın Siyene şəhərində keçiriləcək Beynəlxalq Polo Federasiyası, İtaliyanın Atçılıq İdmanı Federasiyası və Villa A Sesta Polo Club tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatının mətbuat konfransı keçirilmişdir.Konfransda Çempionatda iştirak edəcək Polo komandalarının təqdimatı keçirilib.Belə ki, Çempionatda 10 ölkə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan Milli Polo komandaları iştirak edəcəklər.

Qeyd edək ki, Polo üzrə Azərbaycan Milli Komandasının ilk oyunu 20 sentyabr tarixində İtaliya yerli saatıyla saat 12.15-də Niderland Polo komandası arasında baş tutacaq.

Sentyabr ayının 22-də yığmamız Fransa, 24-də Slovakiya və 28-i tarixində isə İrlandiya Polo komandası ilə qarşılaşacaq.

Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.

Polo üzrə Avropa Çempionatına 30 sentyabr 2018-ci il tarixdə mükafatlandırma mərasimi ilə yekun vurulacaq.