Polad kubokunun final mərhələsi baş tutub.


Polad kubokunun final mərhələsi 24 mart 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutub.  Oyun S* kateqoriyası üzrə təşkil olunub.

 

 Maneələrin hündürlüyü 130-140 sm olan yarışda  3-cü yerə Omar Klubunun idmançısı Ələkbər Məmmədov AFP S Chantal 261 ləqəbli atla, 2-ci yerə Elite Horse and Polo Club’un  idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla yüksəlmişdir.

 

Birinci yerin və Polad kubokunun qalibi  isə  “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla olmuşdur.

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.