Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 8-ci turunun oyunları keçirilib.

Sentyabrın 10-da saat 16:00-da Embawood” və Ağstafa Dilbaz çövkən komandaları arasında baş tutan gərgin mübarizə Embawood komandasının 5-hesablı qələbəsi, saat 17:00-da Köhlən”  “Zəfər komandaları arasında keçirilən günün ikinci oyunu Zəfər komandasının 1-hesablı qələbəsi ilə başa çatıb.

Günün son oyunu saat 18:00-da “Qarabağ”  “Sərhədçi” komandaları arasında  keçirilib. Mübarizədə “Sərhədçi komandası Qarabağ komandası üzərində 0-5 hesablı qələbə əldə edib.

Turun növbəti oyunları sentyabrın 11-də keçirilib. Saat 17:00-da baş tutan ilk qarşılaşma “Polad” komandasının “Şirvan” komandası üzərində 7-hesablı qələbəsi, saat 18:00-da baş tutan qarşılaşma “Elit” komandasının “Omar komandası üzərində4-1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 9-cu turun oyunları 17-18 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Azərbaycan Respublikası Atçılıq Federasiyası