OKTYABR AYININ İLK HƏFTƏSİ CIDIR YARIŞI İLƏ BAŞLADI


OKTYABR AYININ İLK HƏFTƏSİ CIDIR YARIŞI İLƏ BAŞLADI

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 5 oktyabr 2019-cu il tarixində mövsümün növbəti cıdır yarışları keçirilib. Binə Atçılıq Mərkəzinin hippodromunda keçirilən yarışlarda 4 müxtəlif kateqoriya və məsafələrə qaçışlar təşkil olunmuşdur.

Birinci qaçış 2 yaş və yuxarı İngilis atların yarışdığı 1000 m məsafə uğrunda mübarizə ilə başlamışdır. Bu qaçışın nəticəsinə görə 1-ci və 2-ci yerləri müvafiq olaraq “Omar” AİK-in sahibi olduğu “Atilla” ləqəbli at və “Matilda” ləqəbli at tutmuşdur. 3-cü yeri “Arzu” AİK-in sahibi olduğu “Şəfəqim” ləqəbli at, 4-cü yeri isə “Omar” AİK-in sahibi olduğu “Omar” ləqəbli at, 5-ci yeri isə Ənsərov Elşənin sahibi olduğu “Lucky Strike” ləqəbli at tutmuşdur.

İkinci qaçışda 1600 m məsafədə 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci yerin sahibi İbrahimov Ramizin sahibi olduğu “Pəri” ləqəbli at, 2-ci yerin sahibi “Sərhədçi” AİK-in sahibi olduğu “Qaradağ” ləqəbli at, 3-cü yerin sahibi isə, “Xan-Xan” AİK-in sahibi olduğu “Zirvə” ləqəbli at olmuşdur.

Üçüncü qaçış 3 yaş və yuxarı Ərəb atların yarışdığı 1800 m məsafə uğrunda mübarizə ilə davam etmişdir. Bu qaçışda 1-ci yeri “Günay” AİK-in sahibi olduğu “Miss Dahes” ləqəbli at, 2-ci yeri Əsgərov Rahimin sahibi olduğu “Renessans-Tersk” ləqəbli at, 3-cü yeri isə “Arzu” AİK-in sahibi olduğu “Rubinka” ləqəbli at tutmuşdur.

Son qaçışda 3 yaş Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci və 2-ci yerləri müvafiq olaraq “Xan-Xan” AİK-in sahibi olduğu “Xan qızı” ləqəbli at və “Çalxanqala” ləqəbli at tutmuşdur. 3-cü yerin sahibi Tatlıyev Əlinin sahibi olduğu “Zaman” ləqəbli at, 4-cü yerin sahibi Atayev Şəmsəddinin sahibi olduğu “Sərv” ləqəbli at olmuşdur. “Omar” AİK-ə məxsus “Nəfəs” ləqəbli at isə 5-ci yerə çıxmışdır.

Yarışın ümumi mükafat fondu 12300 manat təşkil etmişdir.