Murad kubokunun ikinci mərhələsi keçirilib.


Murad kubokunun ikinci mərhələsi 10 noyabr 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutub.  S* kateqoriyası üzrə təşkil olunan oyunda  hər yaş qrupundan olan idmançılar iştirak edib.

 

 Maneələrin hündürlüyü 130-140 sm olan yarışda  3-cü yerə Omar Atçılıq klubunun idmançısı Ələkbər Məmmədov “Chantal 261” ləqəbli atla, 2-ci yerə “Elite Horse and Polo Club”un idmançısı   Kənan Novruzov “Cera 59” ləqəbli atla yüksəlmişdir.  

 

Birinci yerin və Murad kubokunun qalibi  isə  Sərhədçi Atçılıq klubunun idmançısı Seyid Musayev “Concorde 57” ləqəbli atla olmuşdur.

 

              Beləliklə, iki gün davam edən Murad Kuboku turnirinə yekun vurulub.