KONKUR ÜZRƏ MİLLİ YIĞMAMIZIN İDMANÇISI SEYİD MUSAYEV 140 SM HÜNDÜRLÜKLƏ KEÇİRİLƏN YARIŞDA 1-Cİ YERİN SAHİBİ OLDU


27 iyun tarixində Moskvada keçirilən 2020-ci il Tokio Olimpiya oyunlarının seçmə mərhələsinin açılış turnirində idmançımız Seyid Musayev 140 sm hündürlüyə malik maneələrdən aşaraq 1-ci yerin sahibi olmuşdur.

Güclü yağan yağışlar səbəbindən Polşa milli yığmasının başlanğıc yarışlarına qatılmaması ilə əlaqədar digər 5 ölkə təmsilçiləri müxtəlif kateqoriyalarda öz güclərini sınamışlar.

29 idmançının iştirak etdiyi yarışlarda ölkəmizi təmsil edən Seyid Musayev Concorde ilə 69.21 saniyədə 11 maneə aşaraq sürət parkurunun ən yaxşısı olmuşdur

Müvafiq olaraq ikinci yerin sahibi Özbəkistan təmsilçisi Okil Sobirdzhonov, üçüncü yerin sahibi isə Rusiya təmsilçiləri Anna Gromzino və Ekaterina Petrochenkova olmuşdur.

Olimpiya oyunlarının seçmə mərhələsi çərçivəsində idmançılar bu gün 145 sm hündürlükdə maneə üzrə öz güclərini sınayacaqlar. 

Turnirin ən vacib komanda yarışı 30 iyun tarixində Azərbaycan, Rusiya, Özbəkistan, Polşa, Qırğızıstan, İsrail milli komandalarının iştirakı ilə keçiriləcək. Ölkəmizi bu yarışda Seyid Musayev, Rəşad Səmədov, Kənan Novruzov təmsil edəcəklər. 160 sm hündürlüyə malik maneələrdən ibarət meydanda qalib gələn idmançılar komanda formatında 2020 Tokio Olimpiya Oyunlarına birbaşa vəsiqə əldə edəcək