Konkur üzrə “Elite Horse & Polo Club” Kuboku.


Azərbaycan Respublikası Atçılıq Federasiyasının  təşkilatçılığı ilə 7-8 dekabr 2018-ci il tarixlərdə Binə Atçılıq mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə “Elite Horse & Polo Club” Kuboku keçiriləcək. Turnir E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq.

İki gün davam edəcək turnirin ilk mərhələsində yarış E və M* kateqoriyaları üzrə təşkil olunacaq. E kateqoriyası üzrə maneələrin hündürüyü 80 sm olan yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 120 sm olaraq nəzərdə tutulmuşdur. Turnirin ikinci günü isə S* kateqoriyası üzrə keçiriləcək.  S* kateqoriyası üzrə maneələrin hündürlüyü 130-140 sm olacaq.

Turnir yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq.