Konkur üzrə “Buta Golden” Kuboku


    10-11 fevral 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin qapalı manejində ilin ilk   konkur yarışı keçiriləcək. E, M* və S* kateqoriyaları üzrə təşkil olunacaq “Buta Golden” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edəcək. İki gün keçiriləcək turnir saat 10-dan etibarən baş tutacaq. İlk olaraq E kateqoriyası üzrə 80-85 sm hündürlükdə qurulacaq maneələrdən ibarət yarışda 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək. Günün ikinci M* kateqoriyası üzrə yarışı hər yaş kateqoriyasından olan idmançılar üçün açıq olacaq. Bu yarışda ən hündür maneə 120-125 sm olaraq nəzərdə tutulmuşdur.  Maneələrin hündürlüyü 130-140 sm olan S* kateqoriyası üzrə yarış isə saat 12:00-da keçiriləcək.

  Turnirin ümumi mükafat fondu 5000 manat təşkil edir.