Atçılığın konkur növü üzrə “Bakı Çempionatı” kubokunun ikinci mərhələsi 14 aprel 2018-ci il tarixdə
Binə Atçılıq Mərkəzinin açıq manejində baş tutub. S* kateqoriyası üzrə
təşkil olunan oyunda respublikamızın müxtəlif atçılıq klublarının
idmançıları iştirak edib.
Maneələrin hündürlüyü
130-140 sm olan yarışda 3-cü yerə idmançı
Pənah Əlizadə Bill-Clinton ləqəbli atla, 2-ci yerə idmançı Rəşad Səmədov
Cherowa ləqəbli atla yüksəlmişdir. Hər iki idmançı Elite Horse
and Polo Club’u təmsil edir.
Keçirilən yarışların
nəticələrinə əsasən birinci yer və Bakı Çempionu adına isə “Buta
Golden” klubunun idmançısı Yahor Morotski Astrello ləqəbli atla layiq
görülmüşdür.
Beləliklə, iki gün davam edən Bakı
Çempionatı turnirinə yekun vurulub.