Konkur üzrə "Arzu" kuboku turnirinin ikinci mərhələsi keçirilib.


24 fevral 2018-ci il tarixdə Arzu kubokunun ikinci mərhələsi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.  S* kateqoriyası üzrə təşkil olunan oyunda  hər yaş qrupundan olan idmançılar iştirak edib.

 

 Maneələrin hündürlüyü 130-140 sm təşkil edən yarışda  3-cü yerə Murad Klubunun  idmançısı Kərim Abdullayev Clima ləqəbli atla, 2-ci yerə“Omar” klubunun idmançısı Ələkbər Məmmədov AFP S Chantal 261  ləqəbli atla yüksəlmişdir.  

 

Birinci yerin və Arzu kubokunun qalibi  isə  “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Concorde 57 ləqəbli atla olmuşdur.

 

 

Beləliklə, 2 gün davam edən konkur üzrə Arzu Kuboku turnirinə yekun vurulub.

 

Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.