İdmançılarımız atçılığın Konkur növü üzrə CSI1*-W kateqoriyalı beynəlxalq turnirə qalibiyyətlə başlayıb.


30.08. -02.09.2018-ci il tarixlərdə Gürcüstan Respublikasının Tiflis şəhərində atçılığın konkur növü üzrə CSI1*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcəkdir. Bir neçə ölkənin qatıldığı turnirdə Azərbaycanı təmsil edən idmançılar da iştirak edir. Turnirin ilk günü maneələrin hündürlüyü 125 sm olan yarışda ölkəmizi layiqincə təmsil edən idmançılarımızdan Seyid Musayev “Concorde 57” ləqəbli atla 1-ci, Rahib İsmayılov isə “Carthanio” ləqəbli atla 3-cü yeri qazanmışdır. Qeyd edək ki, turnirə 2 sentyabr 2018-ci il tarixdə yekun vurulacaq.