Gürcüstan Respublikasının Tiflis şəhərində CSI1*-W kateqoriyalı beynəlxalq turnir davam edir.


01.09.2018-ci il tarixdə turnirin ikinci mərhələsində də idmançılarımız uğurlarını davam etdirib.  Maneələrin hündürlüyü 145 sm olan yarışda ölkəmizi layiqincə təmsil edən idmançılarımızdan  Anar Balahüseynov “Lorio” ləqəbli atla 2-ci, Rahib İsmayılov “Carthanio” ləqəbli atla 3-cü, Kənan Novruzov isə "Cera 59" ləqəbli atla 4-cü yeri qazanmışdır. Qeyd edək ki, turnirə 2 sentyabr 2018-ci il tarixdə yekun vurulacaq.