Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olunmuşdur


Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olunmuşdur

Yanvar ayının 5-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə Super Kubokun final oyunu keçirilmişdir.

Tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak etmişdir. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir möhtəşəm qapanış mərasimi ilə davam etmişdir.

Qapanış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə rəng qatmışlar. 

Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə Çövkən üzrə Prezident Kubokunun qalibi “Elit” komandası mübarizə aparmış, gərgin və dinamik oyunun sonunda isə “Sərhədçi” komandxası 1-0 hesabı ilə qalib gələrək Super Kubokun sahibi olmuşdur

Qalib komandaya Super Kuboku Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etmişlər

Azərbaycan Respublikası Atçılıq Federasiyası