Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin yarımfinal oyunu keçirildi


23 dekabr 2017-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku turnirinin yarımfinal oyunu keçirildi. Saat 12:00-da Ağstafa Çövkən Komandası Polad ilə üz-üzə gəldi. Oyun Polad komandasının xeyrinə 4-1 hesabı ilə başa çatdı.

 Günün ikinci görüşündə isə Sərhədçi Ağcabədinin Çövkən Komandasını qəbul etdi. Sərhədçi Ağcabədini 1-0 hesabı ilə məğlub etdi.

24 dekabr 2017-ci il tarixdə keçiriləcək final oyununda 3-cülük uğrunda mübarizədə Ağcabədi Ağstafayla qarşı-qarşıya gələcək. Sərhədçi və Polad komandaları isə final uğrunda mübarizədə üz-üzə gələcək.