Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku Turnirinin ikinci mərhələsi keçirilmişdir


19 Dekabr 2017-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə Prezident Kuboku Turnirinin ikinci mərhələsi keçirilmişdir. Günün ilk oyununda Ağdaş Çövkən Komandası İsmayıllı Çövkən Komandası ilə üz-üzə gəlib. İsmayıllı komandası Ağdaş komandasını 9-0 hesabı ilə məğlub edib.

 Günün ikinci oyununda isə Gəncə Çövkən komandası Şəmkir Çövkən komandası ilə mübarizə aparıb. Hesab Gəncə komandasının xeyrinə 2-0 olub.

Beləliklə, keçirilən oyunların nəticələrinə əsasən 20 dekabr 2017-ci il tarixdə keçiriləcək 1/4 final oyununda Polad komandasının rəqibi Elit, Sərhədçi komandasının rəqibi İsmayıllı, Ağstafa komandasının rəqibi Omar və Ağcabədi komandasının rəqibi isə Gəncə komandası olacaq. 1/4 final oyunlarından qalib ayrılan 4 komanda Bakı şəhərində yerləşən Binə Atçılıq Mərkəzinin qapalı manejində yarımfinal və final oyunlarında iştirak üçün yola düşəcəkdir.

Qeyd edək ki, yarımfinal oyunları 23 dekabr saat 12:00-da, final isə 24 dekabr saat 12:00-da Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcəkdir.