Birləşmiş Ştatlar və Azərbaycan Şənbə günü baş tutacaq Beynəlxalq Çempionata hazırdır.


Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Grand Champions Polo Club”un rəsmi saytına istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları şənbə günü Grand Champions Polo Club-da keçiriləcək Beynəlxalq Çempionatda ən təcrübəli komandalardan birini qarşılayacaq.

Üç dəfə ABŞ-ın açıq qalibi Jeff Blake, ata və oğul Marc və Grant Ganzi və Juan Bollini ilk dəfə beynəlxalq oyunda Azərbaycan Milli Polo Komandasını qarşılayacaq. Qapılar günorta saatlarında açılacaq.

Grand Champions Polo Club-da keçiriləcək Polo üzrə Beynəlxalq Kubok Polo və payız sezonunun son  həftəsində keçirilən ənənəvi ən böyük tədbirdir.

6 dəfə Çempion olan ABŞ komandası bu dəfə Odlar və Buzlar yurdu, dünyanın ən məhşur güclü polo komandalarından biri olan Azərbaycanı qarşılayacaq. Bu yaxınlarda Azərbaycan FİP Avropa çempionatında ikinci yeri qazanmışdır.

Azərbaycan komandasının tərkibində keçən il “Grand Champions”da yarışan, komandanın ən məşhur oyunçularından Andres (LaLa) Laplacette və onunla birgə Adrian Laplaccette, Elçin Camallı, Amil Namazov və Rəşad Həsənov yarışacaq.

Andres Laplacette bildirib ki, "Amerikada olmaq yeni bir təcrübədir". Burada olmaqdan məmnunuq. Burada bizi çox yaxşı qarşıladılar. Bu yeni və fərqli bir şeydir. 6 il əvvəl yaradılmış komandamızın əsas məqsədi böyük bir komanda olmaqdır. Məqsəd, oyunçularımızı inkişaf etdirmək və irəli aparmaqdır. Oynamağa hazırıq və möhtəşəm bir şou göstərmək niyətindəyik.

Qeyd edək ki, Azərbaycan Milli Polo Komandası bu görkəmli tədbirdə “PAŞA Siğorta” ASC-nin sponsorluğu ilə iştirak edir.