BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ İYUN AYININ SON CIDIR YARIŞLARI KEÇİRİLİB


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 29 iyun 2019-cu il tarixində ayın son cıdır yarışları keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışlarda 4 müxtəlif kateqoriya və məsafələrə qaçışlar təşkil olunmuşdur.

2 yaş İngilis atların yarışdığı 1000 m məsafədə, birinci qaçışın nəticəsinə görə 1-ci yeri “Batumi Ridinq club” sahibi olduğu “Frankel” ləqəbli at, 2-ci yeri “Omar” AİK-in sahibi olduğu “Babi” ləqəbli at, 3-cü yeri isə “Arzu” AİK-in sahibi olduğu “Maqma” ləqəbli at tutmuşdur.

İkinci qaçışda 1400 m məsafəyə 3 yaş Qarabağ və Dilbaz atları yarışmışlar. Bu qaçışda 1-ci yerin sahibi “Xan-Xan” AİK-in sahibi olduğu “Xan qızı” ləqəbli at, 2-ci yerin sahibi “Omar” AİK-in sahibi olduğu “Nəfəs” ləqəbli at, 3-cü yerin sahibi isə, Atayev Şəmsəddinin sahibi olduğu “Sərv” ləqəbli at olmuşdur.

Üçüncü qaçış 3 yaşdan yuxarı İngilis atların yarışdığı 1800 m məsafə uğrunda mübarizə ilə davam etmişdir. Bu qaçışda 1-ci yeri Cabbarov Çingizin sahibi olduğu “Kənanın Kralı” ləqəbli at, 2-ci yeri “Omar” AİK-in sahibi olduğu “Omar” ləqəbli at, 3-cü yeri isə, Ənsərov Elşənin sahibi olduğu “Caspian Surf” ləqəbli at tutmuşdur.

Ayın axırıncı cıdır gününün son qaçışında 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800 metr məsəfadə öz güclərini sınamışlar. Bu qaçışda 1-ci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, 2-ci yeri İbrahimov Ramizin sahibi olduğu “Aliqator” ləqəbli at, 3-cü yeri “Sərhədçi” AİK-in sahibi olduğu “Qalxan” ləqəbli at tutmuşdur.

Yarışların ümumi mükafat fondu 11400 manat təşkil etmişdir.