Balaca istedadın at çapma bacarığı Azərbaycan Respublikası Atçılıq Federasiyası prezidentinin diqqətindən yayınmadı.


Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb.

9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federasiyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Fərzəliyev Vüsal Qəzənfər oğlu Elçin Quliyevlə görüşə dəvət olunub.

General-polkovnik Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.