Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə
yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur. Ölkəmizdə
də infeksiyanın maksimum səviyyədə qarşısının alınması, virus aşkarlanmış şəxslərin
xüsusi nəzarətdə saxlanılması və məlumatların ictimaiyyətə düzgün çatdırılmasını
təmin etmək üçün Nazirlər Kabineti yanında operativ qərargah yaradılmışdır.
13 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında operativ qərargahın verdiyi məlumata
əsasən ölkədə kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirləri müvəqqəti
olaraq təxirə salınmışdır.
Yuxarıda göstərilən məlumata əsasən Azərbaycan Respublikası Atçılıq Federasiyası
tərəfindən 18 mart 2020-ci il tarixdən etibarən keçirilməsi planlaşdırılan
bütün tədbirlər 1(bir) ay müddətinə təxirə salınır.
Bu müddətdə iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat
veriləcəkdir.