Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışı keçirib.


30 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyası Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

3 qaçışdan ibarət cıdırda 2 yaş İngilis atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 2400 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə handikap sistemi üzrə güclərini sınayıb.

2 yaşlı İngilis atlarının yarışında jokey Nəzərov Hilal “Naxçıvan” ləqəbli atla 1-ci yeri, jokey Əliyev Azər  “Azəri” ləqəbli atla 2-ci yeri, jokey Məcidov Azər  “Mismambo” ləqəbli atla və jokey Hacıyev Orxanbəy “Uraqan” ləqəbli atla eyni vaxtda finiş xəttini keçdikləri üçün 3-cü yeri qazanmışlar.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında isə jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 1-ci yerin, jokey Nəzərov Hilal “Dağlar” ləqəbli atla 2-yerin,  jokey Tahirov  Zaur “Qalxan” ləqəbli atla 3 -cü yerin sahibi olmuşdur.

 

4 yaş və yuxarı İngilis atlarının yarışında isə jokey Əliyev Azər “Butsefal” ləqəbli atla 1-ci yerin, jokey Rüstəmov Yusif “İzolda” ləqəbli atla 2-yerin, jokey Hacıyev Orxanbəy “Majestic  Warrior” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.

 

Qeyd edək ki, yarış Handikap sistemi üzrə keçirilib.