Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 24 avqust 2018-ci il tarixdə Sərhədçi Atçılıq
İdman Klubunun açıq manejində atçılığın konkur növü üzrə “Sərhədçi Kuboku”
turniri keçiriləcək. Turnir E, M* və S*
kateqoriyaları üzrə təşkil olunacaq.
E kateqoriyası üzrə maneələrin hündürüyü 80 sm olan yarışda 20 yaşadək
olan yeniyetmə idmançıların iştirakına icazə verilir. Günün ikinci yarışı olan
M* kateqoriyası isə hər yaş qrupundan olan idmançılar üçün açıq olacaq. Bu
yarışda ən hündür maneə 125 sm olaraq nəzərdə tutulmuşdur. Günün əsas yarışı
olan S* kateqoriyasında isə maneələrin hündürlüyü 140 sm olacaq.
Turnir yerli hakimlər kollegiyası tərəfindən idarə olunacaq. Qeyd edək
ki, turnir saat 9.00-da başlayacaq.