Atçılığın konkur növü üzrə “Arzu” kuboku turniri


23-24 fevral 2018-ci il tarixlərdə Binə Atçılıq Mərkəzinin qapalı manejində atçılığın konkur növü üzrə E, M* və S* kateqoriyaları üzrə “Arzu” kuboku turniri keçiriləcək. Maneələrin hündürlüyü E kateqoriyası üzrə 80-85 sm, M* kateqoriyası üzrə 120-125 sm, S* kateqoriyası üzrə 130-140 sm təşkil edəcək.

Yerli hakimlər kollegiyasının idarə edəcəyi yarışda müxtəlif klubların idmançıları mübarizə aparacaq.

Turnirin ilk günü 20 yaşadək olan yeniyetmə idmançıların iştirakına icazə veriləcək.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın ümumi mükafat fondu 5000 manatdır.