Arena Polo üzrə VI Dünya Kuboku turnirinin ikinci mərhələsi keçirilib


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunmuş Arena Polo üzrə VI Dünya Kuboku turnirinin ikinci mərhələsi keçirilib.

Günün ilk matçı Rhein Polo Club Düsseldorf (Altun 97) və Indian Polo & Riding Club New Delhi (Bot) arasında başladı. Oyunda Rhein Polo Club Düsseldorf (Altun 97) komandası  Indian Polo & Riding Club New Delhi (Bot) üzərində 9-3 hesabı ilə qələbə qazanaraq Arena Polo Dünya kubokunun final mərhələsinə yüksəlib.

İkinci oyun isə "Elite Horse & Polo Club" (Pasha bank) və "Polo Club Wicklow" (Palladium) komandaları arasında baş tutub. "Elite Horse & Polo Club" (Pasha bank) komandası rəqibinə 6:3 hesabı ilə qalib gələrək final uğrunda mübarizəyə adını yazdırdı.

 Indian Polo & Riding Club New Delhi (Bot) və "Polo Club Wicklow" (Palladium) komandaları isə 17 iyun 2018-ci il tarixdə keçiriləcək oyunda üçüncülük uğrunda mübarizə aparacaqlar. Və sonda keçiriləcək mükafatlandırma mərasimi ilə 2018-ci il Arena Polo Dünya Kubokuna yekun vurulacaq.