Heydər Əliyev Fondunun dəstəyi və
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş
Milli Atçılıq Festivalına 17 iyun 2018-ci il tarixdə artıq 6-cı dəfə keçirilən
Arena Polo üzrə Dünya Kuboku turnirinin final yarışı ilə yekun vurulub.
Qeyd
edək ki, Milli Atçılıq Festivalı çərçivəsində keçirilən Arena Polo üzrə VI
Dünya Kuboku turniri Dahi Öndər Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan
dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunmuşdur.
Tədbirin
əvvəlində may ayında Böyük Britaniyanın və Şimali İrlandiyanın kraliçası 2-ci
Elizabetin şərəfinə Londonda təşkil
olunmuş “Vindzor Kral At Şousu”nda
Qarabağ atları ilə möhtəşəm çıxış ifa edən Sərhədçi “Süvarilər” dəstəsi
“Azərbaycan şou” su nümayiş ediblər.
Günün
ilk oyununda Indian Polo & Riding
Club New Delhi (Bot) və Polo Club
Wicklow (Palladium) üçüncülük uğrunda mübarizə aparıb. Oyun 7:4 xal hesabı ilə
Hindistan komandasının xeyrinə başa çatıb və komanda Arena Polo üzrə Dünya
kubokunda bürünc medal qazanıb.
Final
isə Elite Horse & Polo Club (Pasha bank) və Rhein Polo Club Düsseldorf
(Altun 97) arasında baş tutub. Son dərəcə gərgin keçən idman mübarizəsi
şəraitində yarışın və kubokun qalibi son saniyələrdə vurduqları qol hesabına
7-6 xal hesabı ilə Almaniya Polo
komandası olub. Vətənimizi təmsil edən Elite Horse & Polo Club (Pasha bank)
komandası isə ikinci yerdə qərarlaşaraq gümüş medala layiq görülüb. Qaliblərə
mükafatlarını Azərbaycan Respublikası Atçılıq Federasiyasının Prezidenti Elçin
Quliyev təqdim edib.