ARAF kubokunun ikinci mərhələsi baş tutub.


ARAF kubokunun ikinci mərhələsi 10 mart 2018-ci il tarixdə Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutub.  S* kateqoriyası üzrə təşkil olunan oyunda  hər yaş qrupundan olan idmançılar iştirak edib.

 

 Maneələrin hündürlüyü 130-140 sm olan yarışda  3-cü yerə Elite Horse and Polo Club’un  idmançısı Elmar Abdullayev Cera 59 ləqəbli atla, 2-ci yerə “Gilan” klubunun idmançısı Rahib İsmayılov Carthanio  ləqəbli atla yüksəlmişdir.  

 

Birinci yerin və ARAF kubokunun qalibi isə  “Sərhədçi” klubunun idmançısı Seyid Musayev Cissy ləqəbli atla olmuşdur.

 

Beləliklə, iki gün davam edən ARAF Kuboku turnirinə yekun vurulub. Turnirin ümumi mükafat fondu 5000 AZN təşkil edib.