St. Moritz,
18 Yanvar 2018.
34-cü
Qar Polosu üzrə Dünya Kuboku St. Moritz möhtəşəm yarışlardan biri olmağa
hazırlaşır. St. Moritzin əfsanəvi restoranı Chesa Veglia’da açılmış Polo Bar və
"Baku Moritz Polo" mükafatı bu ilki turnirin yenilikləri sırasındadır.
Dondurulmuş göldə geniş infrastrukturun tikintisinə bir həftə əvvəl başlanmışdır.
Doqquz ölkədən olan oyunçulardan ibarət dörd yüksək səviyyəli komanda bu il də“Cartier
Trophy” mükafatı üçün bir daha yarışacaq. Yarış cümə günü günorta saatlarında
maraqla gözlənilən bir qarşılaşma ilə başlanacaq.
Cümə
gününün ikinci həyəcanlı oyunu Maserati komandası ilə Odlar yurdu Azərbaycan arasında olacaq.