2017-ci ilin Cıdır mövsümü üzrə proqram təsdiq olundu


Azərbaycan Respublikası Atçılıq Federasiyası 2017-ci il üçün nəzərdə tutulan Cıdır Mövsümünün təqvimini təsdiq etmişdir. Qərara əsasən mövsüm ərzində ümumilikdə 14 cıdır günündə 59 qaçış keçiriləcəkdir. Bütün cinslər üzrə ümumi mükafat fondu 179 100 manat təşkil edir.

Asağıdakı link vasitəsilə proqramla tanış ola bilərsiz.