Azərbaycan Respublikası Atçılıq Federasiyası 19 may 2018-ci il tarixində Cıdır yarışı keçirib.


Azərbaycan Respublikası Atçılıq Federasiyası 19 may 2018-ci il tarixində Binə Atçılıq Mərkəzində yerləşən hippodromda Cıdır yarışı keçirib.

4 qaçışdan ibarət cıdırda 3 yaş və yuxarı Ərəb atları, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları, 3 yaş İngilis atları 1600 metr məsafədə və 4 yaş və yuxarı İngilis atları isə 2400 metr məsafədə qrup üzrə güclərini sınayıb.

3 yaşlı İngilis atlarının yarışında jokey Tahirov Rauf “Atilla” ləqəbli atla 1-ci yeri, jokey Rüstəmov Yusif “Prince” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Hilal  “King of Baku” ləqəbli atla 3-cü yeri qazanmışdır.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Əliyev Azər “Kaktus” ləqəbli atla 1-ci yeri, jokey Tahirov Rauf “Qaradaq” ləqəbli atla 2-ci yeri, jokey Nəzərov Hilal “Qoşqar” ləqəbli atla 3-cü yeri qazanmışdır.

 

3 yaş və yuxarı Ərəb atlarının yarışında jokey Nəzərov Hilal “Renessans-tersk” ləqəbli atla 1-ci yerə, jokey Azayev Nazim “Zulcənah” ləqəbli atla 2-ci yerə, jokey Rüstəmov Yusif “Kaşmir” ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

 

4 yaş və yuxarı İngilis atlarının yarışında isə jokey Əliyev Azər “Cherry Grace” ləqəbli atla 1-ci yerin, jokey Tahirov  Rauf “İzolda” ləqəbli atla 2-yerin, jokey Nəzərov Hilal “Mr.Tornado” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.