Azərbaycan Respublikası Atçılıq Federasiyası mövsümün növbəti cıdır yarışını keçirib.


Azərbaycan Respublikası Atçılıq Federasiyası mövsümün növbəti cıdır yarışını 21 aprel tarixində Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda keçirib.

 

3 qaçışdan ibarət olan yarışda 3 yaş və yuxarı Ərəb atları 1600 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800 metr, 3 yaş və yuxarı İngilis atları isə 1800 metr məsafədə güclərini sınayıb.

 

3 yaş və yuxarı Ərəb atlarının yarışında jokey Əliyev Azər “Qraf” ləqəbli atla 1-ci yerə, jokey Tahirov Zaur “Tunay” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Hilal “Bolivar” ləqəbli atla 3-cü yerə yüksəlmişdir.

 

4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Tahirov Rauf “Qaradağ” ləqəbli atla 1-ci yeri,  jokey Əliyev Azər “Dəmir” ləqəbli atla 2-ci yeri, jokey Nəzərov Hilal “Qoşqar” ləqəbli atla 3-cü yeri qazanmışdır.

 

3 yaş və yuxarı İngilis atlarının yarışında jokey Əliyev Azər “Cherry Grace” ləqəbli atla 1-ci yerin, jokey Tahirov Rauf “İzolda” ləqəbli atla 2-ci yerin, jokey Azayev Səxavət isə “Mr.Tornado” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.

 

Qeyd edək ki, yarış Handikap sistemi üzrə keçirilib.