Azərbaycan Respublikası Atçılıq Federasiyası Cıdır yarışlarına start verib.


Mövsümün ilk cıdır yarışı 7 Aprel tarixində Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda baş tutub. 5 qaçışdan ibarət olan yarışda 3 yaş və yuxarı Ərəb atları 1000 metr, 3 yaş İngilis atları 1600 metr, 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, 4 yaş və yuxarı İngilis atları isə 2000 metr məsafədə güclərini sınayıb.


3 yaşlı Qarabağ və Dilbaz atlarının yarışında jokey Hacıyev Orxanbəy “Laləzar” ləqəbli atla 1-ci yerə, jokey Nəzərov Vüsal “Yalçın qız” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Hilal “Zirvə” ləqəbli atla 3-cü yerə çıxmışdır.


3 yaş və yuxarı Ərəb atlarının yarışında jokey Əliyev Azər “Pamir” ləqəbli atla 1-ci yerə, jokey Tahirov Rauf “Ekru” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Hilal “Renessans-tersk” ləqəbli atla 3-cü yerə yüksəlmişdir.


4 yaş və yuxarı Qarabağ və Dilbaz atlarının yarışında jokey Əliyev Azər “Dəmir” ləqəbli atla 1-ci yeri, jokey Azayev Nazim “Qaradaq” ləqəbli atla 2-ci yeri, jokey Həsənov Rəşad “Qalxan” ləqəbli atla 3-cü yeri qazanmışdır.


3 yaşlı İngilis atlarının yarışında jokey Tahirov Rauf “Atilla” ləqəbli atla 1-ci yeri, jokey Hacıyev Orxanbəy “Sweet turf” ləqəbli atla 2-ci yerə, jokey Nəzərov Vüsal “Mavritaniya” ləqəbli atla 3-cü yeri qazanmışdır.


        4 yaş və yuxarı İngilis atlarının yarışında isə jokey Hacıyev Orxanbəy “Majestic  Warrior” ləqəbli atla 1-ci yerin, jokey Əliyev Azər “Cherry grey” ləqəbli atla 2-yerin, jokey Azayev Səxavət isə “Mr.Tornado” ləqəbli atla 3-cü yerin sahibi olmuşdur.