Qar Polosu üzrə Dünya Kuboku 2018 turnirinin püşkatma mərasimi


Sankt-Moritz şəhərində keçiriləcək Qar Polosu üzrə Dünya Kuboku 2018 turnirinin püşkatma mərasimi 22 dekabr tarixində Zürih şəhərində “Schweizerhof” hotelində yerli vaxtla saat 5.30 da keçiriləcəkdir. Mərasim qarşıdan gələn turnirdə komandaların oyunlarını müəyyən edəcək.

Qeyd edək ki, İsveçrənin Sankt-Morits şəhərində keçirilən qar polosu üzrə Dünya Kuboku qar üzərində polo idman növündə yeganə elit turnir sayılır.  Yarış 1985-ci ildə dünyanın ilk qar polosu turniri olaraq başladı. Belə ki, donmuş Sankt-Morits gölünün üzərində yerləşən ilk polo sahəsi sayılır.

Yüksək səviyyəli oyun hesab edilən  Qar Polosu üzrə Dünya Kuboku Sankt-Morits hər il 12 minə yaxın tamaşaçı toplayır.